"Həyat yoldaşımın çəkildiyi intim səhnələri beynimdən silmək istəyirəm" - Britaniya şahzadəsi

 

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harri yanvarın 10-da işıq üzü görəcək "Spare" (Ehtiyat) adlı xatirə kitabında həyat yoldaşı aktrisa Megan Marklla bağlı bəzi etiraflar edib.

Demokratikmusavat.com xarici KİV-a istinadla xəbər verir ki, şahzadə həyat yoldaşının çəkildiyi intim səhnələrdən narahat olduğunu açıqlayıb.

O, quqida Meqanın adını axtarışa verəndə qarşısına çıxan "Suits" serialındakı seks səhnələrinə görə peşman olduğunu yazıb. Harri zarafatla həmin səhnələri beynindən silmək üçün az qala elektroşok terapiyasına ehtiyac duyduğunu bildirib.

Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan Uels şahzadəsi Diana ilə hazırkı İngiltərə kralı III Çarlzın kiçik oğludur.

Billurə

0.15159296989441