Oğurluq əşyaları daşımaq üçün polis çağırdılar, polis isə...

 

ABŞ-ın Florida ştatında film kimi oğurluq hadisəsi baş verib.

Demokratikmusavat.com “İndependent”ə istinadla xəbər verir ki, Florida ştatında oğrular girdikləri evdən oğurladıqları əşyaları daşımaq üçün polisdən kömək istəyib.

Onlar Nyu Yorka getmək istədiklərini və polisin onları hava limanında düşürməsini xahiş ediblər.

Çağırışdan sonra evə gedən polislər şübhəlilərlə qarşılaşan kimi onları tanıyıb. Evdəki oğrulardan birinin həmin gün mağazada oğurluq edərkən təhlükəsizlik kamerasına düşən şəxs olduğu üzə çıxıb.

Polislər də oğruları aldadaraq əvvəlcə onlara əşyaları daşımağa kömək ediblər. Daha sonra isə şübhəliləri hava limanına yox, Polk kauntri həbsxanasına aparıblar.

Billurə

 

0.12633991241455