"7 canlı"-dakı səhv gündəm oldu - VİDEO

 

ATV kanalında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramında bu gün Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov qonaq olublar.

"Demokratikmusavat.com" xəbər verir ki, veriliş zamanı aparıcı sənətçiləri sınağa çəkərək onlardan atalar sözlərinin düzgün formasını soruşub. Rubrikanın ekrana gələn görüntülərində isə “səhv” sözünün “səhf” olaraq yazılması diqqət çəkib.

Sözügedən görüntülər sosial şəbəkədə də müzakirələrə səbəb olub.

0.12245488166809