200 milyon Tviter istifadəçisinin elektron poçt ünvanı oğurlandı

 

200 milyondan çox Tviter istifadəçisinin elektron poçt ünvanı oğurlanaraq dərc edilib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri məlumat yayıb.

Hazırda sosial şəbəkə şəxsi məlumatların sızdırılması ilə ittiham olunur.

Tviter rəsmiləri isə baş verən hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.

0.128084897995