Saakaşvilinin işi beynəlxalq məhkəməyə verilə bilər

 

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin işi beynəlxalq məhkəməyə verilə bilər.

"Qafqazinfo" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze məlumat yayıb.

O bildirib ki, vəkillər görüşərək Saakaşvilinin həyatı təhlükədə olduğu üçün ciddi tədbirləri müzakirə edəcəklər:

"Biz Gürcüstan Prezidentinə müraciət edirik, onun əfv etmək üçün qanuni imkanı var. Saakaşvilinin həyatını xilas etmək lazımdır. Sabah və o biri gün gec olacaq. Onun həyatı təhlükədədir. Başına bir şey gəlsə, bir çox insanların məsuliyyət məsələsi ortaya çıxacaq. Biz bu işi beynəlxalq məhkəmələrə aparmağa hazırıq”.

Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanılıb. Onun növbəti məhkəmə prosesi yanvarın 9-da keçiriləcək.

0.12861299514771