Millimizin qapıçısı: “Prius”lardan uzaq durun”

 

Azərbaycan milli komandasının və “Səbail”in qapıçısı Emil Balayev klubun “Instagram” səhifəsinə müsahibə verib.

Balayev motosiklet sürməsindən danışıb və sürücülərə məsləhət verib:

“Motosiklet sürməyi sevirəm. Sürənlərə də deyirəm ki, “Prius”lardan uzaq durun (gülür). Həm də yol hərəkəti qaydalarına əməl edin. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.

0.16188192367554