"Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.
Bu barədə Demokratikmusavat.com a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qurum nümayəndələri tərəfindən təlimat qaydalarına uyğun baxış təyin edilib: "Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qarar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilir.