Qohumu Ələkbər Yasamallının səhhəti haqda danışdı: “Beş-altı ay idi ki...”

 

Almaniyadan müalicədən qayıdan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətindən xəbər var.

Meyxanaçının əmisi oğlu Rasim Quliyev Teleqraf.com-a açıqlamasında Ələkbər Yasamallının səhhətinin yaxşı olduğunu açıqlayıb.

“O, Bakıya həmişəlik qayıdıb, Almaniyaya müalicəsinə görə getmişdi. Beş-altı ay idi ki, orada idi. Yazırdılar ki, Ələkbər Yasamallının səhhəti pis vəziyyətdədir. Qohum-əqrəba, ailəsi var, narahat olurlar. Özü də bu kimi xəbərlərə əsəbləşir. Səhhəti yaxşıdır. Ağciyərində piylənmə gedirdi. Müalicəsi Bakıda davam edir. İmkan olsa yenə müalicə üçün Almaniyaya gedəcək”, - deyə qeyd edib.

0.434494972229