NATO Ukraynadakı müharibəni müzakirə edəcək

 

Yanvarın 18-19-da Brüsseldə NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək və bu toplantıda Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri Ukraynadakı müharibə və Kiyevə yardımın davam etdirilməsini müzakirə edəcəklər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının yayılan bəyanatında deyilib.

NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə 2023-cü il yanvarın 18-19-da Belçikanın paytaxtı Brüsseldə iclas keçirəcək. İclasda NATO-nun 30 ölkəsinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə yanaşı, İsveç və Finlandiyadan olan həmkarları da iştirak edəcək.

Hərbi Komitənin toplantılarının gündəliyinə, xüsusilə Rusiya-Ukrayna müharibəsi daxil olacaq.

“Diqqət Ukraynada davam edən müharibənin ilkin müşahidələrinə, həmçinin NATO-nun Əsas Müharibə Konsepsiyası və Qüvvələrin İnkişaf Proqramının həyata keçirilməsinin sürətləndirilməsinə yönəldiləcək”, - bəyanatda qeyd olunub.

Bildirilib ki, yekun iclasda Hərbi Komitə NATO-nun Ukraynaya davam edən yardımını müzakirə edəcək.

0.14340305328369