Bu, Kim Çenin süqutuna səbəb olacaq

 

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya lideri Kim Çen İnin ölkənin nüvə arsenalını "eksponensial şəkildə" artırmağa çağırmasından sonra bunun rejimin süqutuna səbəb olacağını bildirib.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

"Biz ciddi şəkildə xəbərdarlıq edirik ki, Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, bu, Kim Çen İn rejiminin süqutuna səbəb olacaq", - nazirliyin bəyanatında deyilib.

Agentlik Pxenyanı hətta müharibəyə başlamağa da hazır olmaqda günahlandırıb və Şimali Koreyanı dərhal nüvə inkişafını dayandırmağa, nüvəsizləşdirmə yoluna qayıtmağa çağırıb:

"Bu, Şimali Koreya xalqının həyat şəraitini yaxşılaşdırmaq üçün yeganə yoldur".

0.52452802658081