Tanınmış aktyor qar təmizləyərkən ağır xəsarət aldı

 

“Marvel”də “Şahingöz” superqəhrəman obrazı ilə tanınan aktyor Ceremi Renner ağır xəsarət alıb. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb. 

Aktyorun güclü qar fırtınası müşahidə olunan ABŞ-nin Nevada ştatında qar təmizlədiyi zaman bədbəxt hadisə ilə üzləşdiyi bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən 51 yaşlı aktyorun vəziyyəti ağırdır. 

Qeyd edək ki, bu il ABŞ-də son illərin ən güclü qar fırtınasının müşahidə olunduğu xəbər verilirdi.

0.14340400695801