Mahsun Kırmızıgülün oğlu güllələnib

 

İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Demokratikmusavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Onlar çölə çıxdıqdan sonra silaha əl atıblar.

Məlumata görə, silahlı insident zamanı Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiynindən iki güllə yarası alıb.

Hadisə baş verən ərazidə Türkiyənin bir çox məşhur aktyorlarının da olduğu qeyd edilir.

0.13705897331238