Meksikada avtobus dərəyə aşıb, ölən və yaralananlar var

 

Meksikanın qərbindəki Nayarit ştatında avtobus dərəyə düşüb, azı 15 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "La Jornada" məlumat yayıb.

Avtobusda Quanaxuato ştatından olan 48 turist olub.

Bölgə qubernatoru Dieqo Rodriqes həlak olanların ailələrinə hər cür yardım göstəriləcəyini vəd edib.

İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin pozulması olub.

0.14103984832764