Rusiya ordusuna məxsus avtomobilin sürücüsü İrəvan küçələrində qaydalara meydan oxudu - VİDEO

 

Rusiya ordusuna məxsus, üzərində Rusiya Federasiyasının yol-nəqliyyat nişanı olan avtomobil İrəvan küçələrində yol hərəkəti qaydalarına məhəl qoymayıb.

Demokratikmusavat.com xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Videoya şərh yazan erməni istifadəçilər hiddətlənərək həmin avtomobili idarə edən şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.

Bəzi ermənilər isə sürücünü hədələyərək, onu linç edəcəklərini bəyan ediblər.

0.15246915817261