ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutuldu

 

Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığındakı ABŞ hərbi bazası raket atəşinə tutulub. Demokratikmusavat.com xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, bazaya bir neçə raket atılıb. Hücumdan sonra ABŞ helikopterləri bölgədə səmanı patrul edib. Əlavə məlumat verilmir.

Suriyanın Deyr əz-Zor, Rakka və Həsəke əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələri (SDS) döyüşçülərinin nəzarətindədir. 2015-ci ildən ABŞ komandanlığı bu ərazidə 9 hərbi baza yaradıb. Dəməşq ABŞ-ın silahlı mövcudluğunu işğal sayılır.

Elvin

Demokratikmusavat.com

 

0.1226589679718