Naxçıvana yeni prokuror müavini təyin edilib

 

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

0.1469419002533