Yanvarın 2-də gecə saat 01:00-dan 05:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yerüstü piyada keçidinin tikintisidir.