Türkiyədə zəlzələ olub

 

Türkiyədə Antalya əyalətinin Kaş rayonu sahillərində zəlzələ baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 17:03-də Aralıq dənizində baş verib.

Yeraltı təkan 4 bal gücündə olub.

0.41626596450806