Putin bunu edərsə, ABŞ onu fiziki cəhətdən məhv edəcək - diplomatdan şok açıqlama 

 

Amerika Birləşmiş Ştatlarının Rusiya prezidenti Vladimir Putini fiziki cəhətdən məhv etmək üçün mexanizmlər və imkanları var.

Demokratikmusavat.com ” xəbər verir ki, ukraynalı diplomat Vladimir Yelçenko “Espresso” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ bu addımı Rusiyanın Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadə etmək istədikdə ata bilər. 

"Ola bilsin ki, onlar bir kağız parçası götürüb taktiki nüvə silahından istifadə etsələr, Rusiyanın başına nə gələcəyini çəkiblər. Birincisi, Putinin fiziki məhvi olacaq, ABŞ-nin bunun üçün alətləri və imkanları var. İkincisi, ani, 20-30 dəqiqə ərzində Rusiyanın Qara Dəniz Donanmasının məhv edilməsi. Ukrayna sərhədləri yaxınlığında yerləşən bütün hərbi qruplar. Və növbəti addım isə Moskva və Kreml də daxil olmaqla, Rusiya ərazisindəki bütün hərbi bazalara və strateji obyektlərə zərbələr endirəcək” – diplomat qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.14606904983521