Akar Suriyalı nazirlə iki saatlıq görüşündən danışdı 

 

Türkiyə milli müdafiə naziri Hülusi Akar Moskvada iki saata yaxın keçirdiyi görüş barədə açıqlama verib.

Demokratikmusavat.com ” “haber7”yə istinadən xəbər verir ki, nazir Akarın sözlərinə görə, görüşdə Suriya və bölgədəki vəziyyətin müsbət inkişaf etməsi üçün nələr edilə biləcəyi müzakirə edilib.

“Məqsədimiz tezliklə sülh, əmin-amanlıq və sabitliyi təmin etməkdir. Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimizin olmadığını vurğuladıq. Suriyaya da təhlükə yaradan PKK/YPG, İŞİD kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyi hədəflədiyimizi bildirdik. Ölkəmizin, millətimizin, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün səy göstərdiyimizi söylədik. Bu araşdırmalar çərçivəsində Suriyadan Türkiyəyə daha çox köçün qarşısını almaq üçün səy göstərdiyimizi də bildirdik. Suriya probleminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əhatəli və bütöv şəkildə həll edilməli olduğunu vurğuladıq”.

Mürtəza
Demokratikmusavat.com

0.14536714553833