20 nəfər gənc hakim məhkəmə sədri təyin edilib

 

Birinci instansiya məhkəmələri sədrlərinin və digər hakimlərin fəaliyyətinin yeni Qaydalara uyğun prinsipial qiymətləndirilməsi nəticəsində 50 məhkəmə sədri vəzifəsi üzrə təyinat aparılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, uzun müddət eyni bölgədə işləyən məhkəmə sədrləri rotasiya edilmiş, habelə 20 nəfər, o cümlədən yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkilib.

0.14109086990356