Ukraynanın Xerson şəhəri son günlər güclü artilleriya hücumuna məruz qalıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş verənlərdən qorxuya düşən dinc sakinlər şəhəri göz yaşları içində tərk edirlər.
"Ruslar əvvəllər gündə 7-10, indi isə gün ərzində 70-80 dəfə şəhəri bombalayırlar", - deyə yerli sakinlər vurğulayıblar.
Belə ki, hər gün şəhəri 400-dən çox insan tərk edir.
Qeyd edək ki, bir gün öncə Rusiya ordusu Ukraynanın Xerson şəhərindəki doğum evini atəşə tutub.