Misli” məntəqələrində hər 5 dəqiqədə 1 milyon manat qazanmaq yalanı- FOTO

 

Daim yenilənən oyunları ilə lotereya həvəskarlarını sevindirən “Azərlotereya”ASC bir qrup media nümayəndəsi üçün media-tur təşkil edib.

Demokratikmusavat.com xəbər verir ki, tur zamanı jurnalistlər “Misli” məntəqəsində virtual idman, tirajlı və ani lotereyalar, mərc oyunları və oyun qaydaları barədə məlumatlandırılıblar.

“Azərlotereya”ASC”nin əməkdaşı Zeynəb Əliyeva şans oyunlarının təşkilində şəffaflığa böyük önəm verdiklərini deyib.

“Lotereyaların təşkili prosesində şəffaflıq məsələsi ön planda tutulur. “Poz-Qazan” kimi tanınan ani lotereyalar qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"in Böyük Britaniyada  yerləşən fabrikində dizayn və çap edilir. Əvvəlcədən uduşun hansı biletdə olduğunu bilmək mümkün deyil” - şirkət rəsmisi söyləyib.
İşlər qanun çərçivəsində aparılır

Mediatur zamanı qeyd olundu ki, oyunlar və mərclərin hər biri qanun çərçivəsində tənzimlənir:
“Oyunlar qanunvericilikdə qeyd olunan tələblər əsasında keçirilir. Hər zaman 18+ yaş həddi nəzərə alınır. Reklam və digər çəkilişlərdə bu məqama xüsusi diqqət etməyə çalışırıq. Əməkdaşlıq etdiyimiz dilerlər, distrubüterlər qarşısına da tələb qoyulub ki, bu məqama diqqət etsinlər. “Azərlotereya”nın rəsmi internet səhifəsində “Məsuliyyətli Oyun” prinsipləri yerləşdirilib.
Digər bir məsələ budur ki, qalib istəmirsə, onun adını və fotosunu paylaşmaq olmaz. Çünki qanun buna icazə vermir. Biz də, təbii ki, onların seçiminə hörmətlə yanaşırıq. Qaliblərin ad və fotolarının işıqlandırılmasına razılıq verməsi bizim üçün çox xoş olur. Ancaq bəzən böyük məbləğlər udan şəxslər müxtəlif şəxsi səbəblərdən çəkilişlərə razılıq vermirlər”, - şirkət rəsmisi əlavə edib. 

Hər 5 dəqiqədə 1 milyon manat qazanmaq şansı var

Z.Əliyeva “Ekspres Keno” və “Super KENO”da böyük uduş  fürsətləri olduğunu söyləyib:

“Misli” məntəqələrində idman mərcləri ilə yanaşı, ani və tirajlı lotereyaların satışı həyata keçirilir. Bundan əlavə, “Misli” məntəqələrində “Ekspres Keno” oynanılır. “Ekspress Keno”da 1 000 000 manat udmaq şansı var. Qısa müddət əvvəl bu oyunun tirajlı versiyası “Super Keno”da 1 manatlıq bilet alan şəxs  100 min manat qazandı. “Super KENO”da böyük uduş 100 min manat olsa da, biletdə 10 (x10) misli seçimi edildikdə uduş məbləği 1 000 000 manat ola bilərdi”.

Qeyri-neft sektorunda ən çox vergi ödəyən şirkətlərdən biri

“Uduşlarda həm qazanan tərəf, həm də “Azərlotereya” ASC vergi ödəyir. Ölkədə qeyri-neft sektorunda dövlət büdcəsinə hazırda ən çox  vergi ödəyən şirkətlərdən biri də “Azərlotereya”dır. Bu məlumatlar hesabat formasında açıqlanır. 

3 000 manatadək uduşlar yerində ödənilir. 3 000 AZN-dən yuxarı uduşlar birbaşa şəxsin bank hesabına köçürülür. 500 manata qədər olan uduşlara vergi şamil olunmur. 500-dən yuxarı ödənişlərdən isə vergi tutulur.

"Azərlotereya"nın Türkiyə şirkətinə idarəetməyə verilməsi yeni iş yerlərinin açılmasına da təkan verib. Məlumat üçün qeyd edək ki, "Azərlotereya" əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 185-ə qaldırılıb. Bundan başqa, xidmətlərin və məhsulların çeşidinin artması ilə lotereya və idman mərc satış şəbəkəsi də qurulub. Hazırda Bakıda və regionlarda "Azərlotereya" məhsullarının satışı ilə məşğul olan şəbəkələrdə minlərlə insan çalışır, onlar və ailələri bu prosesdən faydalanırlar.

Təhsilə və idmana dəstək layihələri

“Azərlotereya”ASC-nin ən önəmli layihələrdən biri də “Əmanətə sədaqət”dir. Bu layihə çərçivəsində şəhid ailə üzvlərinin həm ölkədə, həm də Türkiyədə ali təhsil xərcləri qarşılanır. “Azərlotereya”nın Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. Təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

Şirkət “Misli” brendi vasitəsilə ölkədə müxtəlif idman yarışlarının, sosial layihələrin təşkilinə dəstək olur. Şirkətin dəstəyi ilə həyata keçirilən idman tədbirləri sırasında futbol üzrə Azərbaycan çempionatı (Misli Premyer Liqası - Red), "Bakı Marafonu" və "Goal+ Summer Festival"ı qeyd etmək olar. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ölkəmizdəki yayımın baş sponsoru da “Misli” idi. Eyni zamanda, ölkə üçün əhəmiyyətli idman yarışlarının canlı yayımına da dəstək göstərilir.

Lototrona salınmazdan əvvəl topların çəkisi ölçülür

“Hər gün keçirilən tirajlı lotereya oyunlarımız “Xəzər” TV-də və “Azərlotereya TV” yutub kanalında canlı yayımlanır. Tirajlı lotereyaların təşkil olunduğu studiya yeni  qurulub, müasir və xüsusi avadanlıqlarla təchiz olunub. Hər efirdən öncə o şarlar çəkilir.Hamısı standart çəkidə olmasa, lototrona salınmır. Çünki orada hər hansı bir yanlışlıq ola bilər”,- deyə Z.Əliyeva əlavə edib.

P. S. Hörmətli oxucular, biz bu yazını verdik, amma burada yazılanların xalqı aldatmaqdan başqa bir şey olmadığını sizə bildirməyi borc bildik. "Azərlotoreya" ASC-nin fırıldağına qəti inanmayın.

0.5520281791687