Hansı ölkə əsgərlik müddətini artırdı?

 

Çinlə suverenlik münaqişəsində olan Tayvan məcburi hərbi xidmət müddətini 4 aydan 1 ilə qədər artırmaq qərarına gəlib. 

Demokratikmusavat.com xəbər verir ki, Tayvan lideri Tsay İnq-ven  Çinin mümkün hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədilə belə bir qərar verdiklərini deyib.

2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək qərarın 2005-ci ildən sonra doğulan şəxslərə şamil ediləcəyi açıqlanıb. Bundan əlavə, məcburi hərbi xidmət zamanı ödənilən aylıq maaşın artırılacağı da qərarda öz əksini tapıb.

Qeyd edək ki, Tayvan 1949-cu ildən faktiki olaraq müstəqilliyə malik olsa da, Pekin administrasiyası Tayvanı öz ərazisinin bir hissəsi kimi görür.

 

 

0.12626814842224