Saakaşvili zəhərlənmə testindən keçəcək

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mümkün zəhərlənməsi ilə bağlı məlumatı yoxlamaq üçün gürcü ekspertləri tərəfindən toksikoloji tədqiqatdan keçməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə eks-prezidentin vəkili İliya Lomiya danışıb.

Lomiya eks-prezidentin gürcü ekspertlər tərəfindən yoxlanılmasına bir şərtlə razılıq verəcəyini bildirib:

“Yalnız nümunələr xaricə göndərilərsə və prosesə öz eksperti cəlb olunarsa, ekspertizaya razılıq verəcək".

0.1346869468689