AAK sədri Famil Musrafayevə ağır ittiham: - “Diplomu saxtadır, səlahiyyətindən sui-istifadə edir”

 

vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün o, məsuliyyətə cəlb olunmalıdır, 

Ancaq təəssüflər olsun ki, biz AMEA-nın institutlarında və hətta bəzilərimiz maddiyyat ucbatından, ali məkəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra bizim dosent elmi adı almaq üçün sənədlərimizi gecikdirir və ekspert şuralarına göndərir. Əvvəllər isə belə hallar olmurdu.

 Deməli, F. Mustafayevin AAK-ın sədr əvəzi vəzifəsində obyektiv və təmiz işləməsinə inanmırıq, çünki o, artıq şuranın sədri olduqda səlahiyyətlərindən sui-istifadə edərək, özünə saxtakarlıqla professor diplomu verilməsində böyük rol oynamışdır və həm də 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətimizin əmlakını (Bakı Mexaniki Təmir zavodunu) ÖZÜNÜNKÜLƏŞDİRMİŞDİR! İndi də var - dövlət sahibidir. Biz düşünürük ki, AAK rəhbərliyi saxta professor diplomu olan və dövlət əmlakını talayanların yeri deyildir”.

AME əməkdaşları müraciətlərində bildirirlər ki, Famil Mustafayevin doktorluq dissertasiyasının araşdırılması sona çatmaq üzrədir və dəhşətli faktlar var: “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir. Növbəti məktubumuzda Sizi bu şok faktlarla tanış edəcəyik”.

Prezidentə müraciətdə qeyd olunur ki, Famil Mustafayev Ali Attestasiya Komissiyasında sədr əvəzi kimi işə başlayan kimi təcrübəli mütəxəssisləri (20 nəfər), o cümlədən əksəriyyəti professorlar olan şəxsləri heç bir səbəb olmadan işdən kənarlaşdırıb: “Bəs AAK-a kimləri dəvət etmişdir? Peşə Təhsili Agentliyində və 1995-2000-ci illərdə Əmlak Komitəsində çalışan əməkdaşları (???). Burada nə baş verir? Ali Attestasiya Komissiyası əvəzinə Peşə Təhsili Komissiyası yaradılır? Elmi adların və elmi dərəcələrin ekpertizası kimlərə həvalə olunur?! Buna göz yummaq elmimizin faciəsidir!”

Müraciətdə qeyd olunur ki, Famil Mustafayev 1995-2000-ci illərdə Əmlak Komitəsində məsul vəzifədə işləyib. Bakı Mexaniki Təmir zavodunu isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özəlləşdirib və indi həmin zavod “Konteks” MMC kimi fəaliyyət göstərir.

Müraciətdə bildirilir ki, axırıncı iş yeri Peşə Təhsili Dövlət Agentliyi olan F. Mustafayevin ölkəmizdə elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsna rolu olan Ali Attestasiya Komissiyasına rəhbərlik etməsi Azərbaycan elminə xeyir verə bilməz: “Onun 8 aylıq fəaliyyətində yol verdiyi ciddi nöqsanlar da bundan xəbər verir. Məsələn, Ekspert şuraları haqqında Əsasnamənin 5-ci bəndinə əsasən Ekspert Şurasının tərkibinə, bir qayda olaraq, elmlər doktorları daxil edilir və yalnız elmi katib fəlsəfə doktoru daxil edilmişdir. Özü də bunların ictimaiyyətdə bir alim kimi heç bir nüfuzu yoxdur! Həm Əsasnamə kobud şəkildə pozulur, həm də təcrübəli elmlər doktorları ola-ola, tanınmayan, nüfuzlu elmi konfranslarda iştirak etməyən şəxslərin Ekspert Şurasının tərkibinə daxil edilməsi nə məqsəd daşıyır? Cavab aydındır. Elmimizin səviyyəsini peşə təhsili səviyyəsinə endirmək!

Famil Mustafayevin rəhbərliyi dövründə təsdiq olunmuş dissertasiya işlərinin əksəriyyətində plagiat faktları vardır. Biz bu siyahını hazırlayırıq və növbəti məktubumuzda Sizə faktlarla məlumat verəcəyik.

Famil Mustafayevin doktorluq dissertasiyasının avtoreferatına (AAK-ın saytında var) elmi əsərlərinin siyahısına baxanda bir dənə də məqaləsi nəinki Tomson, İmpakt Faktoru yüksək olan jurnallarda, heç adicə Rusiyanın, Ukraynanın jurnallarında yoxdur.

O, son 10 ildə heç bir beynəlxalq, hətta respublika səviyyəli konfranslarda iştirak etməyib! Belə bir şəxs başqalarından hansı mənəvi haqla məqalələr və nüfuzlu konfrans materialları tələb edə bilər?”

AMEA əməkdaşları yazırlar ki, biznesmen təfəkkürlü şəxsin deyil, yalnız nüfuzlu alimin rəhbərliyi ilə Ali Attestasiya Komissiyasının nüfuzunu qaldırmaq mümkündür.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də olduğu kimi təqdim etməyə hazırıq.

0.13513088226318