Qərbi Azərbaycan İcmasına əlamətdar gündə dilçilikdən Hədiyyə

 

 

Həsən Əliyev:

ZƏNGƏZUR TOPONİMİNİN AÇILIŞI
Bu gün Qərbi Azərbaycanlılar üçün əlamətdar gündür.Yolunuz açıq olsun!
Mən F/B səhifəmdə Qafan, Gorus, Sünik,Eçmiəzdin və s.toponimlərinin fonetik(sözdəki hərflərin) qaydada açılışlarını yazmışam.Hörmətli oxucular da öz müsbət münasibətlərini bildiriblər.Təçəkkürümü bildirirəm.
Əgər biz bu gün Ermənistanın xəritəsinə diqqət yetirsək, bizim Qərbi Azərbaycan toponimlərindən heç bir əsər əlamətin qalmadığının şahidi olarıq.Maraqlıdır ki, ermənilər bu gün azərbaycanca başa düşülən toponimləri tamamilə silmiş, yalnız bu torpaqların qədimiliyini saxlamaq üçün müasir dilimizdə arxaikləşmiş, başadüşülməyən toponimləri saxlamışlar.
Apardığım dilçilik müşahidələrinə görə Qədim Zəngəzur ərazilərində monqol arealına məxsus sıx toponimlərin olması nəzəri cəlb edir.Toponimika elmindən məlumdur ki, yerli tayfalar məskunlaşdığı əraziləri, orada olan hidronimləri, oronimləri öz tayfa adları ilə adlandırmışlar.Hətta onlar köç edən zaman toponimik adlarını da özləri ilə daşımışlar.Bunun ən parlaq nümunəsini “Boyat” elinin Azərbaycanda, Türkiyədə, Orta Asiyada yayılmış yer adlarında görmək mümkündür.
Tarixi ensiklopedik məlumatlara nəzər salanda Qədim İrəvanın ərazisindəki Zəngi çayı öz mənbəyini Göyçə gölündən götürüb, Zəngibasar rayonunun ərazisindən keçərək Araz çayına tökülür.Zəngi çayı yaz və payız aylarında daşdığından onun əhatəsidə olan ərazi Zəngibasar adlanmışdır.(Toponimik oykonimin təbiət hadisələri ilə adlananması)Eyni zamanda Zəngi çayının ətrafında Zəngi yaylası və Zəncirli dağ silsiləsi yerləşmişdir.(Zəncirli sözü “zəngi” sözündən alınmışdır.)Zəngəzur ərazisində bir çox toponimlərin adları eyni mənşədəndir.Məs:Zəngilan, Zəngibasar və s.Basarkeçər rayonunun da qədim adı Zəngibasarkeçər kimi olmuş, sonralar dilçilikdə olan sıxılma prosesi ilə “Basarkeçər” kimi formalaşmışdır.
“Zəngəzur” toponiminin izahı bu ərazilərdə yaşayan “zəngi” tayfasının adı ilə bağlıdır.Əgər biz bir az qədimə getsək, bu ərazilərdə əski türklərin böyük tayfaları olan Qaralar tayfasının yaşadığını tarixi mənbələrdə göstərildiyini görərik.Tarixi dövrdə əzəli torpaqlarımızda iran (Sasanilər dövründə) areallarının da olduğunu görürük.Ərazinin yerli tayfası olan Qədim Oğuzlar öz tayfa adlarını tanrı və inancların adı ilə adlandırmışlar.Biz bunu Qədim Oğuzların tayfa başçısı Dədə Qorqudun adında da görürük.Azərbaycanın qədim məskənlərinin adının “Qaralar, Qaracallı, Qaradolaq,Qara su və s.toponimlərin adlarında görə bilirik.Azərbaycanın böyük rayonu olan Füzuli rayonunun da qədim adı “Qaralar” olmuşdur.
Tayfa öz adını inancından götürdüyünü əsas götürsək, aydın olur ki, həqiqətən də qədim türklər “od-qor” inancından tayfa adlarını “qor” inancına görə “Qaralar” adlandırmışlar.Hətta rus şovinistləri də sasanilər kimi oğuz tayfası olan“qaralar”ı hərfi tərcüməsi kimi (literasiya)“черные – qaralar” adlandırırdılar.Sasani dilində də “zəngi” “qaralar” deməkdir.Əsas budur ki, türk tayfalarının “zəng” adlı heç bir tanrı adı və inancı olmamışdır.

Əsas məsələyə keçək.XII-XIII əsrdən başlayan monqolların Azərbaycana yürüşü və onların burada uzun müddət qalmaları nəticəsində Qədim Azərbaycan torpaqlarında monqol arealı da yaranmışdır.Məhz Zəngəzur ərazisində monqol arealı Göyçədən tutmuş Arazboyu ərazilərdə də öz əksini tapmışdır.Cəbrayıl rayonunun ərazisində bu daha sıxdır.Zəngəzur toponiminin 1-ci hecası “zəngi” tayfnın adı, Sözün 2-ci hissəsi monqol dilində “qazar” sözü olub mənası dilimizə “yer, torpaq, yurd” kimi tərcümə olunur.(Bu söz dilimizə “torpaq qazmaq” kimi dual oğuz-monqol terminini yaratmışdır.Dilimizdə olan “od qalamaq”da eyni mənşədəndir.Monqol dilində “qal” sözü də “od” deməkdir.)Yəni “zəngilərin yeri, yurdu, torpağı” anlamına gəlir.”Zəngi” sözünün sonundakı “g” səsi monqol dilindəki “qazar” sözünə qoşularkən fonetik hadisə ilə oxşar samitin biri düşərək “Zəngəzur” kimi formalaşmışdır.Həqiqətən də, Qədim Oğuz tayfalarının Qərbi Zəngəzurdan indiki Füzuli rayonu (Qaralar) ərazisindək məskunlaşdıqları tarixi əsaslarla götürülərək Hörmətli Prezidentimiz İ.Əliyev tərəfindən bu ərazilərin “Şərqi Zəngəzur” adlandırılması tarixi həqiqəti bir daha sübut edir.Təşəkkür edirəm.
P.S.Məqaləni ilk dəfə bu günkü Qərbi Azərbaycanlıların əlamətdar gününə həsr etdim.Sizlərə uğurlar arzulayıram!

Demokratikmusavat.com

0.14577698707581