MDB ölkələri arasında fikir ayrılıqları yaranmaqdadır - Putin

 

MDB məkanında çağırışlar, təhlükəsizlik təhdidləri və fikir ayrılıqları artır, lakin əsas odur ki, birlik ölkələri əməkdaşlığa hazırdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitində çıxışı zamanı deyib. 

“MDB ölkələri arasında əməkdaşlığın əsas sahəsi ümumi Avrasiya regionumuzda təhlükəsizliyin və sabitliyin qorunmasıdır. Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır”, - Putin vurğulayıb. 

O təssüflə etiraf edib ki, MDB-yə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır: “Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və edəcəyik”, - Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, MDB ölkələrinin liderləri hər hansı problemli məsələ ortaya çıxsa belə, onları özləri, birlikdə, birgə, yoldaşlıq və vasitəçilik yardımı göstərərək həll etməyə çalışırlar.

Mürtəza
Demokratikmusavat.com

0.15410399436951