Rusiya sərhəd xəttini keçmək istəyən ukraynalıları öldürdü

 

Rusiya sərhəd xəttini keçmək istəyən 4 ukraynalını öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.

Açıqlamada qeyd olunur ki, silah və partlayıcı maddələrlə birlikdə Ukraynadan Rusiya ərazisinə sızmağa çalışan 4 ukraynalı öldürülüb.

Onların Ukraynanın Bryansk vilayəti ərazisinə girməyə cəhd etdiyi məlum olub.

Həmin şəxslərin Almaniya istehsalı olan avtomat və sursatların olduğu 40 kiloqramlıq partlayıcı keçirməyə çalışdığı bildirilib.

0.40870308876038