Bu ölkədə ammonyak faciəsi: 51 nəfər zəhərləndi

 

Serbiyanın cənub-şərqindəki “Nis-Dimitrovgrad” dəmir yolu xəttində ammonyak dolu yük vaqonu aşıb.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində havaya yayılan ammonyak qazından 51 nəfər zəhərlənib.

Serbiya daxili işlər nazirliyi açıqlamasında hadisənin Pirot şəhəri yaxınlığında baş verdiyini bildirib.

Ərazidə yaşıyanlara çölə çıxmamaq tövsiyə olunub. Həmçinin, məktəblərdə də tədris bir günlük dayandırılıb.

Günay

 

0.16947889328003