Məşhur holdinqin şirkəti 1 milyonluq borca girir

 

"Az-Lead" MMC hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar emissiya edir.

Demokratikmusavat.com ın məlumatına görə, istiqrazın nominal dəyərindən illik 13% olmaqla tədavül müddəti
ərzində gəlir hesablanır.

Qeyd edək ki, "Az-Lead" MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli
xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı
prosesini həyata keçirir. Ötən ilin yekununda 2,755 mln manat aktivləri, 11.709 mln manat gəlirləri olan şirkət “İdart Holdinq” MMC-yə daxildir.

Həmçinin şirkət bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 4,2 milyon dollar kredit alıb.

0.21004295349121