Azərbaycanda 30 gün komada qalan 28 yaşlı qadın ayıldı - FOTO

 

Azərbaycanda 30 gün koma vəziyyətində qalan 28 yaşlı qadının həyatı xilas edilib.

Bu barədə Demokratikmusavat.com -a Kliniki Tibbi mərkəzdən məlumat verilib.

Belə ki, gənc qadın keçirdiyi avtoqəzadan sonra əvvəlcə özəl xəstəxanalardan birinə yerləşdirilsə də, ailəsi xərcləri qarşılaya bilmədiyi üçün daha sonra Kliniki Tibbi Mərkəzə köçürülüb.
KTM-ə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.
Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb.

“Xəstə 8 noyabrda yol-nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”.

Qeyd edək ki, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib.

 

0.12234592437744