Abid Qafarova azadlıq!

 

Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi piket keçirəcək

ABİD QAFAROVA AZADLIQ !

Bu günlərdə müdafiəçisi olduğumuz jurnalist, ictimai xadim, yazıçı , Tərtər cinayətlərini işıqlandırdığına görə sifarişlə həbs olunan Abid Qafarovun məhbəsdə kliniki ölüm keçirməsi sorağından sarsıldıq. Belə haqq, belə ədalət olar? “Müti” sözünə görə insanı ölümə məhkum etmək insanlığa sığar? Abid Qafarovun qaziləri “müti” sözü ilə aşağılaması da, bu sözün təhqir sayılması da tam əsassızdır.

Nədən heç bir kitabda, heç bir qanunda - məcəllədə “müti” sözünün təhqir olduğu yazılmayıb , konkret ad çəkilmədiyindən hansısa Qarabağ qazisinin məhkəmə qaydasında Abid Qafarovu tutdurmağa haqqı da yoxdur. Sadəcə, məhkəmə hakimiyyəti qıraqdan sifarişlə belə qanunsuz hökm çıxarıb. Abid Qafarovun üzünə duran bir – iki sifarişli qazi olduğu halda, onun müdafiəsinə minlərlə Qarabağ əlilinin, qazisinin qoşulması da həbs qərarının sifariş olduğunu bir daha ortaya qoyur.

BŞİH-ə müraciət edib 30 dekabr 2022-ci ildə saat 15-də Məhkəmə Hüquq Şurasının qarşısında “Abid Qafarova azadlıq!”, “Tərtər cinayətini açanların qanunsuz həbsinə son! “ şüarları ilə etiraz piketi keçirmək haqqında xəbərdarlıq edib, DİN rəhbərliyindən təhlükəsizliyimizi təmin etməsini diləyirik.

Komitənin sədri :
Məğrur Bədəlsoy, 1-ci dərəcəli Qarabağ qazisi , bağımsız jurnalist ,
Üzvlər :
Abbaszadə Xaliq Əvəz oğlu, 2-ci dərəcəli Qarabağ qazisi
İsmayılov Müşfiq Fərman oğlu, 1-ci dərəcəli Qarabağ qazisi
Cəfərov Rövşən Soltan oğlu, 2-ci dərəcəli Qarabağ qazisi
Hüseynov Eldar Rəsul oğlu, 1-ci dərəcəli Qarabağ qazisi
Süleymanov Güloğlan Salman oğlu, 2-ci dərəcəli Qarabağ qazisi
İbrahimov Elçin Əfqan oğlu, 2-ci dərəcəli Qarabağ qazisi və b.

"Demokratikmusavat.com"

0.15009808540344