"Böyük Qayıdış" futbol çempionatı başa çatıb- qaliblər mükafatlandırılıb

 

"Böyük Qaydış" futbol çempionatı layihəsinin final oyunları keçirilib.

Final oyunlarında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan "Böyük Qaydış" futbol çempionatı layihəsinin final oyunları keçirilib.

Futbol çempionata ümumilikdə 37 komanda qoşulub. Finalda Qayıdış qəsəbəsi 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda Respublika UGİŞM-in futbol komandası qalibi gəlib.

Mükafatlandırma mərasimində final mərhələsinin layihə rəhbəri Quliyev Mirdamət İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar Imanov, Asəf Qasımov çıxış edərək, gənc futbolçulara daha böyük uğurlar arzu ediblər və onlara ən xoş arzularını bildiriblər.

Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı, layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edildi.

Mirdamət Quliyev

 

0.14028000831604