İsrail generalı xəbərdarlıq etdi

 

Rusiya Qərbdəki ən qabaqcıl "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemlərini ələ keçirə və öyrənə bilər, ona görə də Tel-Əviv onları ABŞ-dan sonra Ukraynaya ötürməyəcək.

Demokratikmusavat.com xəbər verir ki, general bu barədə olan narahatlığını "National İnterest" jurnalı üçün yazdığı məqalədə qeyd edib.

“İsrail haqlı olaraq ehtiyat edir. Əgər raket əleyhinə qurğular yerləşdirilərsə, o zaman Rusiya onları döyüş meydanında ələ keçirəcək”, - Nagel yazır.

"İsrailin özünün təcili olaraq hava hücumundan müdafiə bölmələrinin “qübbələr”lə təchiz edilməsinə ehtiyac var və sistemlərin istehsalı vaxt aparır.

Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə vasitələri əldə etməklə tez nəticə gözləməməlidir, çünki onlarla işləməyi öyrənmək də vaxt tələb edir",  - Nagel yazıb.

General əlavə edib ki, İsrail Ukraynaya silah göndərməklə Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil.

0.39486694335938