Meşə yanğını yüzdən çox evi dağıtdı, onlarla insan yaralandı - FÖVQƏLADƏ VƏZİYYƏT

 

Çilinin Vina del Mar kurort şəhərində meşə yanğını nəticəsində azı iki nəfər ölüb, daha 30 nəfər yanıq xəsarətləri alıb.

Demokratikmusavat.com xəbər verir ki, şəhərdə 130-a yaxın ev tamamilə dağılıb.

Yanğın saatda 50 km-ə çatan güclü küləyin təsirindən sürətlə yayılaraq, təxminən 125 hektar ərazini əhatə edib. Bir neçə rayonun sakinləri təxliyə edilməli olub.

Çili Prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib.(report)

0.25750398635864