Orban iki il arasında yaranmış on milyardlıq fərqdən danışdı

 

“Ukrayna münaqişəsi və Avropa İttifaqının anti-Rusiya sanksiyaları səbəbindən enerji qiymətlərinin artması ölkə iqtisadiyyatına 10 milyard avroya başa gəlib”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Macarıstan 7 milyard avro, bu il isə 17 milyard avro dəyərində enerji məhsulları idxal edib.

Baş nazir əlavə edib ki, enerji qiymətlərinin artması ölkəsi üçün təhlükəli vəziyyət yaradıb.

0.55890583992004