Bu Avropa ölkəsində türk dili rəsmi dil ELAN EDİLDİ

 
Şimali Makedoniyanın Vasilevo şəhərində türk dili ikinci rəsmi dil elan edilib.
 
Demokratikmusavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, qərar ötən il ölkədə keçirilən əhalinin siyahıyaalınmasında şəhərdə yaşayan türklərin sayının 20 faizi keçdiyi zaman verilib.
 
Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
Məlumata görə, təxminən 12 min əhalisi olan şəhərdə 2 min 95 türk yaşayır. Bu sayla əhalinin nisbəti 21 faizi keçən türklər türk dilini rəsmiləşdirmək hüququ qazanıblar.
 
Qeyd olunub ki, türk dili rəsmiləşdirildikdən sonra altıncı sinfə qədər orta məktəb səviyyəsində tədris olunacaq./konkret
 
0.14853596687317