ABŞ Konqresi Kiyevə 45 mlrd dollarlıq yardım paketini təsdiqlədi

 

ABŞ Konqresinin Nümayəndələr Palatası, Senatın ardınca ölkənin 2023-cü maliyyə ili üçün həm  1,7 trilyon dollarlıq büdcə layihəsini, həm də Kiyevə  44,9 mlrd dollar həcmində yardım layihəsini təsdiqləyib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə C-SPAN TV kanalı məlumat yayıb.

Büdcədən təxminən 858 milyard dolları müdafiəyə, təqribən 722 milyard dollar qeyri-müdafiə xərclərinə yönəldiləcək. Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə təcili dəstək üçün 44,9 milyard dollar ayırmaq niyyətindədir.

Vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin təlimi və Kiyevə ötürülən silah ehtiyatlarının artırılması üçün nəzərdə tutulub. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya ümumi dəstək 13,6 milyard dollar səviyyəsində göstərilib.

Mürtəza
Demokratikmusavat.com

0.15512609481812