Azərbaycanda telefonlar POS-terminalları əvəz edəcək - Bu tarixdən

 

2023-cü ilin ilk yarısından etibarən Azərbaycanda mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq.

Bunu Demokratikmusavat.com a açıqlamasında "Mastercard"ın baş direktoru Avşar Gürdal deyib

O bildirib ki, bununla bağlı müxtəlif qurumlarla görüşlər həyata keçirilir. 

Yalnız mikroaahibkarlıqda deyil, iri sahibkarlıqda da buna tələb olduğunu gördük. Bunu dünyada və Türkiyədə ilk olaraq karqo və çatdırılma şirkətləri ilə həyata keçirdik. Azərbaycanda da oxşar sektorlarda sözügedən işlər həyata keçiriləcək", - deyə A. Gürdal əlavə edib.

Könül
Demokratikmusavat.com

0.32302713394165