İsrail və ABŞ İrana birgə zərbə endirməklə bağlı təlimlərə başladı

 

İsrail Silahlı Qüvvələri ABŞ ilə birlikdə İrana zərbələr endirmək üçün bir sıra hava təlimləri keçirəcək.

Demokratikmusavat.com  "The Times of Israel"ə istinadən xəbər verir ki, bununla bağlı razılaşma İsrail SQ-nin rəhbəri Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı əldə olunub.

İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək və onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”.

0.13578701019287