İranlı generaldan etiraf: peşmanlıq açıqlaması

 

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə ölənlərin sayını açıqlayıb.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, general etirazlar nəticəsində aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

“Son iki ayda düşməni düzgün tanımadığımız üçün 300-dən çox insan həyatını itirdi və şəhid oldu”.

Məhsa Əmininin ölümündən sonra ictimaiyyətin düzgün istiqamətlənmədiyini deyən Hacızadə Ukrayna sərnişin təyyarəsinin vurulmasında da oxşar vəziyyətin yaşandığını bildirib. 

“Məhsa Əmini dünyasını dəyişəndə ictimaiyyətə daha diqqətlə və dəqiq məlumat verilsəydi, bəlkə də işlər bu həddə çatmazdı. Biz Ukrayna sərnişin təyyarəsinin başına gələnləri hadisənin ilk saatlarında bilirdik. Ancaq digər qurumlarımız bunu qəbul etmədilər və biz onlara məlumat verdikdən 48 saat sonra nə edəcəklərinə qərar verdilər”,- deyə o söyləyib.

İranlı general Böyük Britaniya, ABŞ və Səudiyyə Ərəbistanını İranda xaos yaratmaqda və nümayişləri qızışdırmaqda ittiham edib və bu ölkələrin İran əleyhinə fəaliyyətlə məşğul olduğunu qeyd edib. 

Billurə

 

0.1382839679718