“Putin qış fəslindən istifadə edəcək” - NATO

 

“Putin qış fəslindən Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın elektrik şəbəkəsi və təbii qaz infrastrukturuna hücumlarını davam edəcəyini deyib.

"Putinin məğlub olmasına icazə verə bilmərik. Bu, bizə güc tətbiq etməklə hədəflərə çata bilməyin mümkün olduğunu göstərər",-deyə baş katib vurğulayıb.

0.13902282714844