Hollandiya dünyadan buna görə üzr istəyəcək

 
Hollandiya hökuməti dekabrın 19-u bazar ertəsi günü dünyanın 8 ayrı yerində ölkənin köləlik tarixinə görə rəsmi olaraq üzr istəyəcək.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət köləliyə görə təzminat ödəmək əvəzinə, həmin məsələ ilə bağlı maarifləndirmə üçün 200 milyon avro ayıracaq.
 
Belə ki, hollandiyalı nazirlər ölkənin köləlik tarixinə görə dövlət adından rəsmi üzr istəmək üçün addım atmaq qərara gəliblər.
 
Həmçinin, Baş nazir Mark Rutte də üzr istəyəcək.
 
Qeyd edək ki, Haaqa məhkəməsi təzminat deyil, köləliklə bağlı maarifləndirmə üçün hazırlanacaq layihələr görə 200 milyon avro büdcə ayıracaq. Bu məbləğdən köləlik tarixi ilə bağlı muzeyə 27 milyon avro qoyulacaq.
0.1324028968811