"Taliban"dan qadınlara qarşı növbəti qəribə qadağa - Həkimə gedərkən...

 

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

Bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da "Taliban" hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.

0.12698912620544