Mərkəzi Bank yeni kompüter qrupu yaradacaq - FOTO

 


Azərbaycan Mərkəzi Bankı 2023-2025-ci illər üçün kibertəhlükəsizlik strategiyası çərçivəsində fövqəladə vəziyyətlərə reaksiya üzrə yeni kompüter qrupunu (CERT) formalaşdıracaq.
Bunu bu gün Mərkəzi Bankın İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri Elvin Şahverdiyev VI Beynəlxalq bankçılıq forumunda deyib.
Onun sözlərinə görə, işçi qrupunun fəaliyyəti ölkənin maliyyə sektorunun kibertəhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.
"Bu, həm bank sektorunun, həm də əhalinin kibercinayətlər barədə maariflənməsinin güclənməsinə imkan yaradacaq. Bundan başqa, insidentlərə çevik reaksiya və təhdidlərin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq qurulacaq və Sinqapur, ABŞ, Aİ ölkələri, Çin kimi ölkələrin təcrübələri tətbiq olunacaq", - deyə o bildirib.

Demokratikmusavat.com

0.16874694824219