Paralel.az xəbər verir ..."> Paralel.az xəbər verir ...">

Azərbaycanda bu il qeydiyyata alınan münaqişəli ailələrin sayı açıqlandı

 

"Təkcə 2022-ci ilin 9 ayı ərzində 3945 ailə münaqişəli kimi qeydiyyata götürülüb".

Demokratikmusavat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media Müstəvisində adlı tədbirdə çıxışı zamanı deyib.

"Eyni zamanda sözügedən cinayətlərin qarşısının alınması, açılması, zorakılıq hallarının cəzasız qalmaması üçün müvafiq tədbirlər görülür.

2022-ci ilin 9 ayı ərzində  respublika üzrə qeydə alınmış ümumi cinayətlərin yalnız 6.9%-i, yəni 1789 fakt  qadınlara qarşı zorakılıq faktlarıdır. Bu gün Azərbaycanda qadınlara qarşı zorakılığın ləğv edilməsi, zorakılıq hərəkətlərinə yol vermiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün tədbirlərin daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Daxili İşlər Nazirliyi bu sahədə qanunvericiliklə müəyyən olunmuş funksiyaların, insan hüquq və azadlıqlarına hörmət, humanistlik prinsiplərinə uyğunlaşdırılması əsasında tədbirlər həyata keçirərək ailə münaqişəsi, o cümlədən məişət zorakılığı zəmnində baş verən cinayətlərin qarşısının alınması istiqamətində davamlı iş aparır",- deyə o söyləyib.

Billurə Yunus

0.05451488494873