Onların heykəlləri ucaldılsın - Deputatdan təklif

 

Azərbaycanda vətənpərvərliyi inkişaf etdirmək, dövlətçilik ənənələrimizi artırmaqdan ötrü Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə və başqaların heykəllər ucaldılmalıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentdə büdcə layihələrinin müzakirəsi zamanı çıxış edib.

“Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin 2500 illiyi keçirilsin. Yeni Şamaxı Ağsu sayılır. Cənab Prezident onu qorumaq üçün vəsait ayırdı. Köhnə Şamaxıda ən azı dörd qat layda mədəniyyət abidələri var. Oranı qoruq elan etmək lazımdır. Bu istiqamətdə hökumətdən yardım gözləyirəm”, -  deputat qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.095487117767334