Məşhur hücumçu həyat yoldaşı ilə yenidən barışdı

 

Hazırda icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edən PSJ-in hücumçusu Mauro İkardi yenidən Vanda Nara ilə birlikdədir.

"Demokratikmusavat.com" xəbər verir ki, cütlük təxminən üç ay əvvəl boşanmışdı. Mauro Vandadan şəxsi agenti kimi də imtina etmişdi.

Ancaq artıq cütlük barışıb. Bu barədə İkardi özü məlumat verib. O, sosial şəbəkədə Nara ilə şəklini paylaşaraq belə yazıb:

“O, mənim bütün həyatımın qadını deyildi - o, mənim həyatımdır. Hətta Disney hekayələrində də ikinci mövsüm var”.

Boşanmaya səbəb kimi Naranın argentinalı repçi ilə İkardiyə xəyanət etməsi göstərilirdi.

0.062278032302856