Vatikanda səs-küylü məhkəmə: kardinal cinayətdə ittiham olunur

 

Kardinal Ancelo Beççu və digərləri cinayətdə əlbir olmaqda ittiham olunaraq istintaqa cəlb olunublar.

Demokratikmusavat.com  xəbər verir ki, o, 2014-cü ildə Londonda 124 milyon funt sterlinqə daşınmaz əmlakın alınması zamanı pozuntular və sui-istifadə hallarının məhkəməsi ilə paralel olaraq Vatikanda başlanan məhkmədə də müttəhim olub.

Söhbət Vatikanın Londonun mərkəzindəki binanın ianə yolu ilə sərmayə kimi bilərəkdən yüksək qiymətə alınması ilə bağlı səs-küylü hadisədən gedir. Proses zamanı işin şahidi olan auditorlar bildiriblər ki, Londonda daşınmaz əmlakın alınmasına qoyulan investisiyadan itki 89 milyon funt sterlinq təşkil edib.

Bu iş üzrə məhkəmə ötən ilin iyulunda Vatikanda başlayıb. 11 müttəhim fırıldaqçılıq, sui-istifadə, yalan məlumat vermək, korrupsiya, çirkli pulların yuyulması, məxfi sənədləri açıqlamaqda ittiham olunur.

Beççu iddia edilən cinayət zamanı Vatikanın dövlət katibinin ümumi işlər üzrə müavini idi.

Elvin

Demokratikmusavat.com

0.056487083435059